ABŞ Filippinə raket sistemi təlimi keçəcək

2025/02/1738387157.jpg
Oxunub: 433     12:08     03 Fevral 2025    
Filippin ordusu ABŞ ilə artan hərbi əməkdaşlığın bir hissəsi olaraq fevral ayında Birləşmiş Ştatların orta mənzilli “Typhon” raket sistemi üzrə təlim keçəcək.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Hərbi rəsmi verdiyi açıqlamada bildirib ki, filippinli hərbi qulluqçular amerikalı həmkarları ilə daha genişmiqyaslı təlimlərə hazırlıq çərçivsində gələn ay birtərəfli ordu təlimləri zamanı ABŞ ordusunun orta mənzilli raket sistemi olan “Typhon” üzərində məşq edəcəklər.

“Typhon” raket sistemi ötən ilin aprelində ABŞ qüvvələri tərəfindən “Balikatan” və ya “shoulder-to-shoulder” hərbi təlimlərin bir hissəsi olaraq Filippinə yerləşdirilib.

Bu kontekstdə “Typhon” raket sistemi o vaxtdan etibarən ölkədə qalıb və dəfələrlə onun geri çəkilməsini tələb edən Çinlə diplomatik böhrana səbəb olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Filippin  


Bizi "telegram"da izləyin