İtaliya 1400-dən çox zirehli vasitə alacaq

2025/02/1738386897.jpg
Oxunub: 556     16:27     03 Fevral 2025    
İtaliyanın Müdafiə Nazirliyi Almaniyanın “Rheinmetall” şirkətindən 1400-dən çox zirehli vasitə almağı planlaşdırır.

Ordu.az xəbər verir ki, İtaliyanın Farnboroda keçirilən Beynəlxalq Zirehli Vasitələr 2025 konfransında zirehli qüvvələrini modernləşdirməyə dair iddialı planları ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Məlumata görə, yenilənmiş planlar tank sifarişini 138 əvəzinə 380 vahidə çatdırmaqla, İtaliyanın quru komponentini gücləndirəcək.

Bu tanklar “İtalyanlaşdırma” adlanan prosesdə İtaliyanın əməliyyat tələblərinə cavab vermək üçün əhəmiyyətli dəyişikliklərə məruz qalacaq.

A2CS proqramı çərçivəsində zirehli vasitə tədarükü planları 50 ədəd artırılacaq və 10 versiyada cəmi 1050 “Lynx” zirehli vasitəsi alınacaq.

Bu rəqəmdən 649-u piyada döyüş maşını variantında olacaq və İtaliya ordusunda hazırkı “Dardo” zirehli vasitələrini əvəz edəcək.

İtaliya Müdafiə Nazirliyi hələlik bu alışa nə qədər pul xərclənəcəyini açıqlamayıb, lakin İtaliya sənayesinin istehsalın yerliləşdirilməsinə hazırlanması istisna olmaqla, 30 milyard avrodan çox olacağı gözlənilir.

Bu təşəbbüsün dəqiq büdcəsi açıqlanmasa da, onun 10 milyard avronu keçəcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   MN   Rheinmetall  


Bizi "telegram"da izləyin