Tramp: Putinlə danışmaq niyyətindəyəm

2025/02/1738383220.jpg
Oxunub: 579     02:56     01 Fevral 2025    
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıq aparmaq niyyətində olduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, Tramp bu cür təmaslar nəticəsində konkret nəyi nəzərdə tutduğunu açıqlamadan əhəmiyyətli nəyəsə nail olmağın mümkünlüyünə ümid etdiyini bildirib. Tramp Rusiya ilə ABŞ arasında ciddi müzakirələr aparacağını da açıqlayıb.

Xatırladaq ki, daha əvvəl Vladimir Putinin mətbuat katibi Dmitri Peskov da bildirib ki, Rusiya ABŞ ilə prezidentlər səviyyəsində təmaslara hazırdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Putin  


Bizi "telegram"da izləyin