Tramp Suriyadan qoşunların çıxarılması variantını araşdırmaq hüququnu özündə saxlayır

2025/02/1738382867.jpg
Oxunub: 1969     01:18     01 Fevral 2025    
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların qoşunlarının Suriyadan çıxarılması imkanlarını araşdırmaq hüququnu özündə saxlayır.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.

"Dünən prezidentə bu sual verildi və o, cavablandırdı. ABŞ Silahlı Qüvvələrinin Ali Baş Komandanı olaraq, hər an xaricdəki qoşunların yerləşdirilməsinə yenidən baxmaq hüququnu özündə saxlayır", - o brifinqdə deyib. Ondan Trampın Suriyadan qoşun çıxarmağı düşünüb-düşünmədiyi soruşulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Suriya  


Bizi "telegram"da izləyin