Finlandiya Ukraynaya 198 milyon avroluq hərbi yardım göstərəcək

2024/03/65fca-1711083532.jpg
Oxunub: 511     17:47     31 Yanvar 2025    
Finlandiya Prezidenti Aleksandr Stubb Ukraynaya 198 milyon avro dəyərində 27-ci hərbi yardım paketinin verilməsi barədə sərəncam imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Yardımın təhlükəsiz çatdırılmasını təmin etmək məqsədilə Müdafiə Nazirliyi onun dəqiq tərkibi, göstərilmə üsulu və ya qrafiki barədə təfərrüatları açıqlamır", - nazirliyin məlumatında deyilir.

Finlandiyanın Ukraynaya tədarük etdiyi hərbi texnikanın ümumi dəyəri 2,5 milyard avro təşkil edir.

Müdafiə Nazirliyinin məlumatına görə, yardım həm Ukraynanın ehtiyacları, həm də Müdafiə Qüvvələrinin resurs vəziyyəti nəzərə alınmaqla göstərilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   Ukrayna  


Bizi "telegram"da izləyin