Ordu.az xəbər verir ki, BƏƏ-nin müdafiə şirkəti “Edge Group” İsrailin hərbi tədarükçüsü olan “Thirdeye Systems” şirkətinin 30 faizlik payını almaq üçün 10 milyon dollar sərmayə qoyub.
Əbu-Dabidə yerləşən şirkət, həmçinin “Thirdeye” məhsullarını inkişaf etdirmək və bazara çıxarmaq üçün yeni birgə müəssisəyə 12 milyon dollar sərmayə qoyacaq.
Beləliklə, “Edge” bu müəssisənin 51 faizinə, “Thirdeye” isə 43 faizinə sahib olacaq. Qalan 6 faizlik paya adı açıqlanmayan investor sahib olacaq.
Müqavilə İsrail Müdafiə Nazirliyinin təsdiqini gözləyir.
“Edge” BƏƏ-nin ən böyük müdafiə şirkətləri arasındadır, müxtəlif sektorlarda fəaliyyət göstərən 25 dövlət və özəl şirkətdən ibarətdir.
Sevinc Əliyeva
Ordu.az