Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Fransa prezidenti Emmanuel Makron Avropanın hərbi büdcələrinə xərclənən milyardlarla avro vergi pulunun yalnız ABŞ silahlarının alınması üçün istifadə edilməməsi ilə bağlı xəbərdarlıq edərək, yerli müdafiə sənayesinə daha çox sərmayə qoymağa çağırıb.
Avropalıların müdafiə üçün kifayət qədər pul ödəmədiklərindən şikayətlənən ABŞ prezidenti Donald Trampın andiçmə mərasimindən bir neçə dəqiqə əvvəl çıxış edən Makron qitənin daha çox pul xərcləməsinin lazım olduğunu bildirib.
Ancaq o, ordunun yüksək rütbəli rəhbərləri qarşısında Yeni il nitqində də qeyd edib: “Biz başqa qitələrin sənayesini, sərvətini və məşğulluğunu subsidiyalaşdırmaq üçün birlikdə borc ala bilmərik, müdafiəmizə daha çox pul xərcləyə bilmərik. “Gəlin ordumuza daha çox pul xərcləyək” dedikdə, bir çox ölkələrdə bu, çox vaxt “daha çox ABŞ materialı alaq” kimi anlaşılır”.
Makron qeyd edib ki, Avropa yalnız ABŞ silahlarından asılı ola bilməz.
Sevinc Əliyeva
Ordu.az