Almaniya Müdafiə Nazirliyi 2024-cü ildə planlaşdırdığından 4,3 milyard avro az xərcləyib

2025/01/1737447363.jpg
Oxunub: 672     14:32     21 Yanvar 2025    
Almaniya Müdafiə Nazirliyi (Bundeswehr) ötən il müdafiə büdcəsində nəzərdə tutulduğundan 4,3 milyard avro az xərcləyib.

Ordu.az xəbər verir ki, Berlində keçirilən mətbuat konfransında suala cavab olaraq Müdafiə Nazirliyinin sözçüsü 4,3 milyard avrodan istifadə edilməməsinə səbəb kimi hərbi təchizatın istehsalındakı gecikmələri göstərib.

Sözçü bu rəqəmin 2,6 milyard avrosunun Almaniya Silahlı Qüvvələrinin xüsusi fondundan, 1,7 milyard avronun isə 2024-cü ilin müdafiə büdcəsindən istifadə olunmadığını bildirib.

Almaniyanın ötən il Müdafiə Nazirliyi büdcəsinə ümumilikdə 90,8 milyard avro ayırdığını bildirən sözçü bunun ölkənin ümumi daxili məhsulunun 2,1 faizini təşkil etdiyini, beləliklə də müdafiə xərclərinin NATO-nun 2 faizlik hədəfinə uyğun olduğunu qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   MN  


Bizi "telegram"da izləyin