Azər Allahverənov: Müstəmləkəçiliklə mübarizə qlobal səviyyədə olmalıdır

2025/01/1737444378.jpg
Oxunub: 1171     11:16     21 Yanvar 2025    
Azərbaycanın Fransanın daxili işinə qarışdığını iddia edənlərə sual vermək lazımdır - müstəmləkəçilik bu ölkənin nə vaxtdan daxili işidir? Bu, ümumbəşəri problemdir.

Ordu.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Allahverənov Bakıda keçirilən "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfransda deyib.

O qeyd edib ki, müstəmləkəçiliklə mübarizə qlobal səviyyədə olmalıdır:

"Müstəmləkəçiliklə beynəlxalq hüquq çərçivəsində mübarizə aparan Azərbaycana "Bizim qırmızı xəttimizi tapdaladı" deyə mənfi münasibət göstərilir. Halbuki sizin "qırmızı xətt" dediyiniz şey utanc xəttidir. Bununla mübarizə isə sistemli olacaqdır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Fransa  


Bizi "telegram"da izləyin