Benjamin Klement: Reyunyonlular ada torpaqlarının öz sahiblərinə qaytarılmasını tələb edirlər

2025/01/2025--1737442374.jpg
Oxunub: 1247     10:40     21 Yanvar 2025    
Reyunyonlular ada torpaqlarının öz sahiblərinə - xalqa qaytarılmasını tələb edirlər.

Ordu.az xəbər verir ki, bunu "Ka Ubuntu" Müstəqillik hərəkatının Reyunyon bölməsinin koordinatoru Benjamin Klement Bakıda keçirilən "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfransda deyib.

O qeyd edib ki, reyunyonlular tarixi-siyasi mübarizəni gücləndirməyə çalışırlar:

"Mədəniyyətimizi əlimizdən alanlardan təzminat tələb edirik. Bir daha deyirik ki, müstəmləkəçiliyi məhv edəcəyik".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Reyunyon  


Bizi "telegram"da izləyin