“Bayraktar TB2” “Bozok” və “Kayı-30” sursatları ilə həyata keçirdiyi atış sınağını uğurla başa vurub

2025/01/1737439795.jpg
Oxunub: 425     13:25     21 Yanvar 2025    
“Bayraktar TB2” pilotsuz uçuş aparatı “Bozok” və “Kayı-30” sursatları ilə həyata keçirdiyi atış sınağını uğurla başa vurub.

Ordu.az xəbər verir ki, “Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar sınaqlarla bağlı video paylaşıb.

“Bozok” və “Kayı-30” Sursat Atış Sınağı. Tam dəqiq zərbə”, - deyə o qeyd edib.

“Kayı” İdarəolunan Miniatür Sursat Ailəsi tamamilə yerli və milli alt komponentlərlə hazırlanıb.

“Kayı” sursatları dəyişən əməliyyat anlayışlarına uyğun olaraq piyada əleyhinə, zirehdəlici/nüfuzedici və ya termobarik döyüş başlıqları ilə istifadə oluna bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar-TB2   Bozok  


Bizi "telegram"da izləyin