Əlcəzair Fransadan nüvə sınaqlarının fəsadlarını aradan qaldırmağı tələb edir

2025/01/1737436473.jpg
Oxunub: 1488     04:18     21 Yanvar 2025    
Rəsmi Paris müstəmləkəçilik dövründə Əlcəzair səhrasında həyata keçirilən nüvə partlayışlarının təmizlənməsi üçün bütün məsuliyyəti üzərinə götürməlidir.

Ordu.az-ın Əlcəzair radiosuna istinadən verdiyi məlumata görə, bunu həmin ökənin Millət Şurasının (parlamentin yuxarı palatası) sədri Saleh Qujil deyib.

"Ölkəmizin mövqeyi Fransanın müstəmləkəçilik dövründə Əlcəzair səhrasında fransız müstəmləkəçilərinin həyata keçirdikləri nüvə partlayışlarının nəticələrinin aradan qaldırılması üçün tam məsuliyyət daşımasını tələb edir", - o deyib.

"Əlcəzair xalqı, xüsusən partlayışların baş verdiyi regionların sakinləri bu günə qədər onların dağıdıcı nəticələrindən əziyyət çəkməkdə davam edirlər", - Qujil vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əlcəzair   Fransa  


Bizi "telegram"da izləyin