Makron Trampın qayıdışı fonunda Avropanı "oyanmağa" çağırıb

2025/01/1737436139.jpg
Oxunub: 665     02:38     21 Yanvar 2025    
Fransa lideri Emmanuel Makron ölkə hərbçiləri qarşısında çıxışında Avropanı "oyanmağa" və ABŞ Prezidenti Donald Trampın hakimiyyətə qayıtması ilə əlaqədar müdafiəyə daha çox pul xərcləməyə çağırıb.

Bu barədə Ordu.az “Le Monde”yə istinadən xəbər verir.

"Amerikalı müttəfiqimiz döyüş gəmilərini Aralıq dənizindən çıxarsa, sabah Avropada nə edəcəyik?", - o soruşub. Makron iddia edib ki, Rusiya-Ukrayna müharibəsi "sabah və ya ertəsi gün" bitməyəcək. "Gəlin özümüzü aldatmayaq", - o deyib.

Fransa Prezidenti Avropanı öz müdafiəsi üçün daha çox məsuliyyət götürməyə çağırıb. "Avropalılar olmadan Avropada sülh və təhlükəsizlik ola bilməz", - Fransa rəhbəri deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Tramp  


Bizi "telegram"da izləyin