HAMAS israilli girovların ikinci hissəsinin azad ediləcəyi tarixi açıqlayıb

2025/01/1737436002.jpg
Oxunub: 466     01:55     21 Yanvar 2025    
Yanvarın 25-də fələstinli məhbusların həbsdən azad edilməsi müqabilində Qəzza zolağında saxlanılan israilli girovların ikinci hissəsi azad ediləcək.

Ordu.az xəbər verir ki, bu barədə HAMAS məlumat yayıb.

“HƏMAS təsdiq edir ki, İsraillə razılaşma əsasında məhbus mübadiləsinin ikinci mərhələsi planlaşdırıldığı kimi - yanvarın 25-i şənbə günü keçiriləcək”, - məlumatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   Girov  


Bizi "telegram"da izləyin