Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

2025/01/1737435843.jpg
Oxunub: 615     01:22     21 Yanvar 2025    
Fransanın paytaxtı Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.

Ordu.az bildirir ki, ölkəmizin Fransadakı Səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən anım tədbirində diplomatik korpusun nümayəndələri, vəkillər, elm xadimləri, iş adamları, jurnalistlər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva 20 Yanvar faciəsi haqqında məlumat verib, bu qanlı hadisənin ölkəmizin müstəqilliyinə aparan şərəfli yol olduğunu qeyd edib. Diplomat Azərbaycanın bu gün tam müstəqil xarici siyasətə malik olduğunu, torpaqlarını işğaldan azad edərək sərhədlərinin bərpasına nail olan, regionda sülhü qoruyan güclü dövlət olduğunu xüsusi vurğulayıb.

Azərbaycan və dünya bəstəkarlarının musiqilərini pianoda azərbaycanlı pianoçu Səidə Zülfüqarova, tarda Sahib Paşazadə, violonçeldə Guillaume Martigne ifa ediblər. Musiqiçiləri soprano Omo Bello müşayiət edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paris   20-Yanvar  


Bizi "telegram"da izləyin