Tarixi nailiyyət: Hindistan kosmosa peyk yerləşdirən dördüncü ölkə oldu

2025/01/1737362343.jpg
Oxunub: 549     12:48     21 Yanvar 2025    
Hindistan son illərdə kosmos sahəsinə qoyduğu böyük investisiyaların bəhrəsini almağa başlayıb.

Ordu.az xəbər verir ki, Hindistan Kosmik Tədqiqat Təşkilatı (ISRO) peyki kosmosa yerləşdirməklə, tarixi uğura imza atıb.

ISRO kosmik texnologiyalar sahəsində əldə etdiyi irəliləyişləri bir daha nümayiş etdirib.

Yanvarın 15-də ISRO-nun “SpaDeX” təcrübəsi çərçivəsində 2 peyk uğurla Yer orbitinə yerləşdirilib. Hindistan buna nail olan 4-cü ölkə olub.

Uğurlu “SpaDeX” təcrübəsi ilə Hindistan ABŞ, Rusiya və Çindən sonra insan müdaxiləsi olmadan orbitə peyk yerləşdirən 4-cü ölkə olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Kosmos  


Bizi "telegram"da izləyin