BMT Qəzzada 269 əməkdaşının öldürüldüyünü açıqlayıb

2025/01/1737175134.jpg
Oxunub: 1508     09:08     18 Yanvar 2025    
Bu günə qədər Qəzzada BMT-nin Fələstin Qaçqınlar üzrə Agentliyinin (UNRWA) 269 əməkdaşı öldürülüb.

Ordu.az xəbər verir ki, bunu UNRWA-nın rəhbəri Filipe Lazzarini BMT Təhlükəsizlik Şurasında qapalı brifinqdən sonra jurnalistlərə açıqlamasında deyib.

Lazzarini bildirib ki, iki həftədən az müddətdə UNRWA-nın işğal olunmuş Fələstin ərazilərindəki əməliyyatlarının dayandırılmasını tələb edən Knesset qanunu qüvvəyə minəcək və agentliyin fəaliyyətinin dayandırılması Qəzzada fələstinlilərin onsuz da fəlakətli həyat şəraitini ölçülməz dərəcədə pisləşdirəcək.

Diplomat qeyd edib ki, İsrail UNRWA-ya qarşı güclü diplomatik təzyiq göstərərək qlobal dezinformasiya kampaniyası aparır. Lazzarini qeyd edib ki, Nyu-York kimi şəhərlərdə UNRWA-nı terrorçuluqda ittiham edən reklam lövhələri yayımlanıb ki, bu cür təbliğat üçün İsrail Xarici İşlər Nazirliyi tərəfindən 150 milyon dollar ödənilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Qəzza  


Bizi "telegram"da izləyin