İsrail azadlığa buraxılması planlaşdırılan 95 fələstinli məhbusun adını açıqlayıb
Oxunub: 322
00:29
18 Yanvar 2025
İsrail Ədliyyə Nazirliyi razılaşmanın birinci mərhələsində İsrail həbsxanalarından azad ediləcək 95 fələstinli məhbusun adlarının siyahısını açıqlayıb.
Ordu.az xəbər verir ki, bu barədə İsrail Ədliyyə Nazirliyinin saytında məlumat yayılıb.
“Bu tam siyahı deyil və yalnız birinci mərhələyə aiddir. Tam siyahı hökumət sazişi təsdiqlədikdən sonra açıqlanacaq”, - məlumatda deyilir.