Britaniya Baş naziri Osventsimdə olub

2024/12/1734152141.jpg
Oxunub: 465     22:43     17 Yanvar 2025    
Böyük Britaniyanın Baş naziri Kir Starmer azad edilməsinin 80-ci ildönümü ərəfəsində Polşada nasistlərin keçmiş həbs düşərgəsi olmuş Osventsimə baş çəkib.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, Starmer düşərgəni ziyarət etdikdən sonra antisemitizmlə mübarizəni davam etdirmək əzmində olduğunu vurğulayıb.

“Burada gördüklərimə qəti hazır deyildim. Bu, dəhşətli idi. Bu gün gördüklərim ömrümün sonuna qədər yaddaşımda qalacaq”, – o deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Osventsim  


Bizi "telegram"da izləyin