"İran və Rusiya razılaşmaların icrası qarşısındakı maneələrin aradan qaldırılmasına çalışır" - Məsud Pezeşkian

2024/10/1729761491.jpg
Oxunub: 469     20:38     17 Yanvar 2025    
İran və Rusiya razılaşmaların icrası qarşısında duran maneələrin aradan qaldırılması çalışır.

Ordu.az-ın məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün Moskvada Rusiya prezidenti Vladimir Putinlə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bununla əlaqədar bu gün iki ölkə geniş tərkibli heyətinin iştirakı ilə keçirilən iclasda həll yolları araşdırılıb. İlk növbədə ikitərəfli əməkdaşlığa diqqət yetirilib. Hər iki ölkə gömrük, bank, məhsulların mübadiləsi, investisiya, iş adamlarının gediş-gəlişinin sadələşdirilməsi üzrə qarşıda duran maneələri dərhal aradan qaldırmaqda qəti qərarlıdır.

İran prezidenti deyib ki, iclasda həmçinin, ticarət dövriyyəsinin artırılması, İranın Avrasiya İqtisadi İttifaqında üzvlüyü barədə müzakirələr aparılıb.

Qeyd edək ki, bu gün İran və Rusiya arasında 47 bənddən ibarət Hərtərəfli Strateji Tərəfdaşlıq sazişi imzalanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Rusiya  


Bizi "telegram"da izləyin