Qətər HƏMAS və İsrailin razılaşmanın birinci mərhələsini tam yerinə yetirəcəyinə ümid edir

2025/01/1737128649.jpg
Oxunub: 428     19:21     17 Yanvar 2025    
Fələstinin HƏMAS hərəkatı və İsrail arasında vasitəçilərdən biri olan Qətər münaqişə tərəflərinin Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsinin icrası çərçivəsində öhdəliklərini tam şəkildə yerinə yetirməsinə çalışır.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qətər hökumətinin başçısı, xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Al Tani bildirib.

"Biz razılaşmanın birinci mərhələsini tam həcmdə həyata keçirməyə və ikinci mərhələnin yekun mərhələ olmasına çalışırıq", - o, “Al Jazeera” telekanalına bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   HƏMAS   İsrail  


Bizi "telegram"da izləyin