Şolts Kiyevə əlavə yardım paketinin Bundestaqda seçkilərdən əvvəl qəbul ediləcəyinə ümid etmir

2024/12/1734328271.jpg
Oxunub: 478     17:59     17 Yanvar 2025    
Almaniya kansleri Olaf Şolts fevralın 23-də keçiriləcək növbədənkənar parlament seçkilərinə qədər Kiyevə 3 milyard avro həcmində əlavə hərbi yardım paketinin ayrılması barədə qərarın qəbul ediləcəyinə ümid etmir.

Ordu.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Berlində İsveçin Baş naziri Ulf Kristerssonla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

Kansler qeyd edib ki, Kiyevə əlavə silah tədarükünü yalnız borc əyləcinin zəiflədilməsi (büdcəyə daxil olandan daha çox vəsait xərcləməyi qadağan edən qayda) halında təsdiqləyəcək. "Bunu Almaniyanın hər yerində ixtisarlara əl atmadan maliyyələşdirməyin yeganə yolu əlavə kreditdir", - o bildirib. "Əslində, bu, demək olar ki, ətrafımızdakı hər bir ölkənin getdiyi yoldur", - Şolts əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şolts   Kiyev  


Bizi "telegram"da izləyin