Çin lideri Trampla telefon danışığı aparıb - YENİLƏNİB

2025/01/1737122078.jpg
Oxunub: 593     18:47     17 Yanvar 2025    
"Si Cinpin və mən dünyanı daha sülhsevər və təhlükəsiz etmək üçün mümkün olan hər şeyi edəcəyik".

Ordu.az xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" platformasındakı paylaşımında bildirib.

“Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə danışdım. Bu zəng həm Çin, həm də ABŞ üçün çox yaxşı oldu. Ümid edirəm ki, bir çox problemləri birlikdə və dərhal həll edəcəyik. Ticarət, Fentanyl, TikTok və bir çox başqa mövzuları balanslaşdırılmış şəkildə müzakirə etdik”, - Tramp paylaşımında qeyd edib.

***

Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla telefon danışığı aparıb.

Ordu.az xəbər verir ki bu barədə "Xinhua" məlumat yayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ  


Bizi "telegram"da izləyin