Ordu.az xəbər verir ki, inkişaf haqqında ətraflı məlumat “Rheinmetall”ın rəsmi saytındakı açıqlamada verilib.
İtaliya təxminən 280 milyon avro dəyərində 4 sistem almaq istəyir.
İlk sistemin tədarükü üçün “Rheinmetall Italia S.p.A.”ya (Roma) ümumi dəyəri 73 milyon avro olan sifariş verilib.
Müqaviləyə ümumi dəyəri 204 milyon avro olan 3 əlavə sistemin tədarükü variantı daxildir. Tədarük paketinə, həmçinin müvafiq döyüş sursatı, təlim və texniki qulluq xidmətləri və ehtiyat hissələri daxildir.
İtaliya “Rheinmetall” şirkətinin “Skynex” texnologiyasını (35 mm-lik “Revolver Gun Mk3” də daxil olmaqla) seçən ilk NATO üzvü olub.
Sevinc Əliyeva
Ordu.az