Çin Cənubi Çin dənizində ABŞ-nin raket hücumunu simulyasiya edib

2025/01/1737012252.jpg
Oxunub: 467     14:23     17 Yanvar 2025    
Çin ABŞ-nin mümkün raket hücumuna qarşı çıxmaq üçün Cənubi Çin dənizində hücum simulyasiyası həyata keçirib.

Ordu.az “South China Morning Post” (SCMP) qəzetinə istinadən xəbər verir ki, Çin Xalq Azadlıq Ordusu regionda ABŞ-nin avidaşıyıcı təyyarə qrupuna gözlənilməz hücumu simulyasiya edib və ABŞ ordusunun mümkün hücumunu necə aradan qaldıracağına dair təlimlər keçirib.

“South China Morning Post” qəzetinin məlumatına görə, Xalq Azadlıq Ordusu təxminən 1000 kilometr mənzilə sahib olduğu bilinən raketlərə qarşı apardığı simulyasiyada ABŞ-nin bölgədəki varlıqlarını və avidaşıyıcı gəmilərini hədəfə alıb.

Verilən məlumatlara görə, Çinin simulyasiyada istifadə etdiyi radar texnologiyasında stels tipli təyyarələri aşkar etmək üçün “BeiDou” naviqasiya peyk sistemindən gələn siqnallardan istifadə edən sərfəli sistem də yer alıb.

Bu radar aşkar edilə bilən siqnallar yaymadan hədəfləri müəyyən etmək üçün unikal alqoritmdən istifadə edərək, Çinin gizlilik əleyhinə imkanlarını təkmilləşdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ  


Bizi "telegram"da izləyin