Filippin rəsmisi: “Çin mübahisəli Cənubi Çin dənizində artan fəaliyyətləri ilə bizi divara sıxışdırır”

2025/01/1737010330.jpg
Oxunub: 478     18:05     17 Yanvar 2025    
Filippin təhlükəsizlik rəsmisi bildirib ki, Çin mübahisəli Cənubi Çin dənizində artan fəaliyyətləri ilə Filippini divara sıxışdırır.

Ordu.az xəbər verir ki, bu barədə “Defense News” məlumat yayıb.

Rəsmi xəbərdarlıq edib ki, yeni beynəlxalq məhkəmə çəkişmələri də daxil olmaqla, Manilanın cavabı üçün bütün variantlar masadadır.

Filippin rəsmiləri mətbuat konfransında bildiriblər ki, böyük bir Çin sahil mühafizə gəmisi son günlərdə mübahisəli “Scarborough Shoal”da patrul missiyası həyata keçriib və sonra Filippinin şimal-qərb sahillərinə doğru üzərək, 77 dəniz mili qədər yaxınlaşıb.

Çin rəsmisi Pekində ölkəsinin Cənubi Çin dənizindəki suverenliyinin əsaslı olduğunu və sahil mühafizəsi patrul missiyalarının qanuni, əsaslı olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Filippin  


Bizi "telegram"da izləyin