Erməni hüquq müdafiəçisi: “Paşinyan istəyir ki, cəmiyyətimiz əxlaqsızlığı mənəviyyat, satqınlığı vətənpərvərlik kimi tanısın”

2025/01/1736834705.jpg
Oxunub: 422     14:33     17 Yanvar 2025    
“Beynəlxalq məhkəmələrdə iddialardan imtina və Minsk qrupunun buraxılması təklifini qəbul etdikdən sonra Nikol Paşinyanın ədalət və ədalət mühakiməsi hisləri xeyli artdı”.

Ordu.az xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Janna Aleksanyan öz səhifəsində yazıb.

“O, hüquqşünasları topladı və mövzu ilə bağlı çıxış edərək dedi: “Hər kəsi ölkəmizdə ədalətin bərqərar olması istiqamətində intensiv işləməyə çağırıram, sizə ünvanlanan suallara cavab verirəm”. Paşinyan ittihamları görüşdə iştirak edənlərə yönəldib. Belə çıxır ki, həyasızlığın həddi-hüdudu yoxdur. O, ədalət mühakiməsini həyata keçirən beynəlxalq insan haqları məhkəmələrini rədd edir, lakin ədalət və ədalət mühakiməsindən danışır. Paşinyan istəyir ki, cəmiyyətimiz əxlaqsızlığı mənəviyyat, satqınlığı vətənpərvərlik kimi tanısın və s. O hesab edir ki, xalqımızı əxlaqsız dəyərlərlə yenidən tərbiyə etmək üçün hakimiyyətin rıçaqları kifayətdir”, - deyə Aleksanyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Minsk  


Bizi "telegram"da izləyin