İspaniya XİN rəhbəri: “Suriya mövzusunda Türkiyə ilə qeyri-adi əməkdaşlığımız olacaq”

2025/01/77878-1736757093.jpg
Oxunub: 475     12:28     13 Yanvar 2025    
“Suriya mövzusunda Türkiyə ilə qeyri-adi əməkdaşlığımız olacaq”.

Ordu.az xəbər verir ki, bunu İspaniyanın xarici işlər naziri Xose Manuel Albares yanvarın 15-16-da həyata keçirəcəyi Suriya və Livana səfərindən əvvəl verdiyi açıqlamada deyib.

“Türkiyə İspaniyanın birinci dərəcəli tərəfdaşıdır. Əsl strateji tərəfdaşdır”, - deyə o qeyd edib.

Albares Türkiyə ilə Yaxın Şərqdə bir çox mövzuda, xüsusilə Fələstin məsələsində əməkdaşlıq edən İspaniyanın bu siyasəti davam etdirəcəyini qeyd edib.

“Türkiyənin Yaxın Şərq və Suriyada səsi, Türkiyənin rolu təkcə çox əhəmiyyətli deyil, eyni zamanda İspaniya tərəfindən böyük ölçüdə təqdir edilir”, - deyə o əlavə edib.

Qeyd edək ki, 2024-cü il dekabrın 20-də Türkiyə Müdafiə Sənayesi Komitəsi ilə İspaniya Müdafiə Nazirliyi arasında Reaktiv Təlim Təyyarəsi Layihəsi üçün anlaşma memorandumu imzalanıb.

Bu mühüm razılaşma Türkiyənin müstəqil texnologiyaları inkişaf etdirmək məqsədinin göstəricisi olmaqla yanaşı, dost və müttəfiq ölkələrlə güclü əməkdaşlığın göstəricisi kimi diqqəti cəlb edib. İspaniya Hərbi Hava Qüvvələri (HHQ) mənbələrinin verdiyi məlumata görə, “Hürjet”in İspaniya HHQ-də F-5 təyyarələrini əvəz etməsi gündəmdədir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   Suriya  


Bizi "telegram"da izləyin