Türkiyə HHQ mənsubları Qara dənizdə təlim missiyası həyata keçiriblər

2025/01/1736756814.jpg
Oxunub: 588     15:26     13 Yanvar 2025    
Türkiyə Milli Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələri (HHQ) Komandanlığının mənsubları Qara dənizin beynəlxalq hava məkanında təlim missiyası həyata keçiriblər.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabında edilən paylaşımda bildirilib.

“Türkiyə HHQ azadlığımızın və milli maraqlarımızın sarsılmaz keşikçisi olaraq HHQ Komandanlığına tabe olan döyüş təyyarələrimizlə Qara dənizin beynəlxalq hava məkanında, eləcə də Egey və Aralıq dənizlərində təlim tapşırıqlarını yerinə yetirib”, - deyə paylaşımda qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HHQ  


Bizi "telegram"da izləyin