Dəməşq və Beyrut suriyalı məhbusları Livan həbsxanalarından geri qaytarmaq barədə razılığa gəliblər

2025/01/1736664188.jpg
Oxunub: 631     23:21     11 Yanvar 2025    
Dəməşq və Beyrut Livan həbsxanalarında saxlanılan suriyalı məhbusların vətənlərinə qaytarılması ilə bağlı razılığa gəliblər.

Ordu.az xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müvafiq qərar Livanın baş naziri Nəcib Mikati və Livanın xarici işlər naziri Abdullah Bu Həbibin Dəməşqə səfərindən sonra qəbul edilib.

Bundan əlavə, tərəflər siyasi, hərbi və iqtisadi səviyyələrdə birgə komitələr yaratmaq barədə razılığa gəliblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dəməşq   Beyrut  


Bizi "telegram"da izləyin