Qərb Rusiyaya qarşı 16-cı sanksiyalar paketi üzrə məsləhətləşmələrə başlayacaq

2024/10/1728887621.jpg
Oxunub: 533     20:34     11 Yanvar 2025    
Avropa Komissiyası Rusiyaya qarşı 16-cı sanksiyalar paketi üzrə məsləhətləşmələrə yanvarın 14-də başlayacaq.

Ordu.az xəbər verir ki, bu barədə RMF FM radiostansiyası Avropa diplomatik dairələrindəki mənbələrə istinadən məlumat yayıb.

Vurğulanıb ki, Avropa İttifaqına sədrlik edən Polşa Rusiya-Ukrayna münaqişəsinin başlanmasının üçüncü ildönümündə - fevralın 24-də yeni məhdudiyyətlər paketi qəbul etməyi planlaşdırır.

Məsləhətləşmələr çərçivəsində Aİ səfirləri 16-cı sanksiyalar paketi ilə bağlı təklif və narahatlıqlarını çatdıracaqlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərb   Rusiya  


Bizi "telegram"da izləyin