"Rosaviasiya": Kazan hava limanında gün ərzində ikinci dəfə məhdudiyyətlər tətbiq edilib

2025/01/1736602387.jpg
Oxunub: 639     16:58     11 Yanvar 2025    
Rusiyanın Kazan hava limanında bu gün ikinci dəfə uçuşlara məhdudiyyətlər tətbiq edilib.

Ordu.az xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.

"Kazan hava limanında Moskva vaxtı ilə saat 15:05-dən (Bakı vaxtı ilə 16:05) hava gəmilərinin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - məlumatda qeyd olunub.

Tətbiq edilən məhdudiyyətlər bu gün ərzində ikincidir. Daha əvvəl Kazan hava limanının fəaliyyəti məhdudlaşdırılıb və bərpa edilib.

Qeyd edək ki, 8 yanvar 2025-ci il tarixində "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rosaviasiya   Kazan  


Bizi "telegram"da izləyin