Daha bir neçə Rusiya hava limanının fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib

2025/01/1736602110.jpg
Oxunub: 488     16:20     11 Yanvar 2025    
Ulyanovsk və Samara hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb.

Ordu.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.

"Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün Ulyanovsk (Baratayevka) hava limanında Moskva vaxtı ilə saat 13:40-dan (Bakı vaxtı ilə 14:40) və Samara (Kurumoç) hava limanında Moskva vaxtı ilə saat 14:00-dan (Bakı vaxtı ilə 15:00) təyyarələrinin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - məlumatda qeyd olunub.

Bundan əvvəl Saratov hava limanında məhdudiyyətlərin tətbiq olunduğu bildirilirdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ulyanovsk   Samara  


Bizi "telegram"da izləyin