Ordu.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Yaponiyanın Baş naziri İşiba Şiqeru İndoneziyaya səfəri çərçivəsində prezident Prabovo Subianto ilə görüşüb.
Görüş zamanı İşiba və Subianto enerji təhlükəsizliyi, insan resurslarının inkişafı və fəlakətlərin qarşısının alınması sahələrində əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Görüşdən sonra keçirilən birgə mətbuat konfransında İşiba İndoneziyanın müdafiə qabiliyyətini inkişaf etdirməsinə kömək etmək üçün “hərtərəfli strateji tərəfdaşlar” kimi əməkdaşlıq etməyi hədəflədiklərini deyib.
İşiba dəniz təhlükəsizliyinə verdikləri dəstək çərçivəsində İndoneziyaya yüksək sürətli patrul gəmiləri verəcəklərini bildirib.
Subianto, həmçinin vurğulayıb ki, bu görüş iki ölkə arasında əlaqələri gücləndirmək əzmini nümayiş etdirir. Subianto İşiba ilə qlobal problemlərlə bağlı fikir mübadiləsi apardıqlarını qeyd edərək, müxtəlif sahələrdə, o cümlədən infrastrukturun inkişafı, enerji və səhiyyə sahələrində əməkdaşlığın vacibliyini vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az