Ordu.az xəbər verir ki, beləliklə, Türkiyə daha bir ilkə imza atıb.
ASELSAN Baş direktoru Ahmet Akyol 2024-cü illə bağlı xüsusi olaraq məlumat verib və inventara qəbul edilən ilk məhsulları paylaşıb.
“Mühəndislik gücümüzlə 2024-cü ilə damğa vurduq”, - deyə Akyol qeyd edib.
Akyol ilk dəfə 30 məhsul üçün ixrac müqaviləsi imzaladıqlarına diqqət çəkib, eyni zamanda ilk dəfə olaraq 29 yeni məhsulu istifadəçilərinə çatdırdıqlarını vurğulayıb.
“İlk dəfə olaraq 30 məhsulumuz üzrə ixrac müqaviləsi imzaladıq. İlk dəfə olaraq 7 yeni ölkəyə ixracat həyata keçirdik. İlk dəfə olaraq istifadəçilərimizə 29 yeni məhsul təqdim etdik. Yerli şirkətlərimizlə birlikdə 106 məhsulu milliləşdirdik. İstər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda çatdırılmalarda və yeni sifarişlərdə tariximizdə ən yüksək göstəricilərə çatdıq. “Defense News Top 100” siyahısında yer alan şirkətlər arasında dünyanın ən sürətlə inkişaf edən 10 müdafiə şirkətindən biri olduq”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az