Ordu.az xəbər verir ki, İran xüsusilə “Natanz” obyekti kimi kritik nüvə infrastrukturunu qorumaq üçün HHM qabiliyyətini artırdığını açıqlayıb.
“Khatam al-Anbia” Hava Hücumundan Müdafiə Bazasının komandiri briqada generalı Qader Rahimzadeh verdiyi açıqlamada İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aviasiya Qüvvələrinin HHM bölmələrinin “Natanz” və digər strateji ərazilərdə yerləşdirildiyini bildirib.
Bu addım İranın İsraillə artan gərginlik və nüvə proqramı ətrafında mübahisələr fonunda müdafiə mövqeyini gücləndirdiyini göstərir.
Rahimzadeh qeyd edib ki, həm İran ordusu, həm də SEPAH HHM bölmələri qabaqcıl texnologiyalarla təchiz edilmiş sistemlər yerləşdirib.
Bundan əlavə, İranın bu tədbirlər çərçivəsində yeni hərbi təlimlər planlaşdırdığı və inteqrasiya olunmuş HHM şəbəkəsi vasitəsilə müdafiə qabiliyyətini daha da artırmağı hədəflədiyi açıqlanıb.
Sevinc Əliyeva
Ordu.az