SEPAH komandiri: “Bizim F-22 və F-35 döyüş təyyarələri ilə bağlı planlarımız var”

2025/01/1736591559.jpg
Oxunub: 664     14:57     11 Yanvar 2025    
“Bizim F-22 və F-35 döyüş təyyarələri ilə bağlı planlarımız var”.

Ordu.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ölkə daxilində keçirdiyi son hərbi təlimlə bağlı İran milli televiziyasında yayımlanan proqramda SEPAH-ın Aerokosmik Qüvvələrinin Hava Hücumundan Müdafiə Birliyinin komandiri, general Əlirza Şeyxian deyib.

Şeyxian bildirib ki, F-22 və F-35 döyüş təyyarələrini aşkar etmək asan olmasa da, İran bu qabaqcıl döyüş təyyarələrinə qarşı mübarizə aparmaq üçün yerli Hava Hücumundan Müdafiə (HHM) sistemləri hazırlayıb.

“Power” kod adlı birgə HHM təlimində “Dey-9” HHM sisteminin müvəffəqiyyətlə performans göstərməsinin ardından bu sistemlərin çoxu ölkənin müdafiə halqasına təhvil veriləcək”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   F-22   F-35  


Bizi "telegram"da izləyin