Ordu.az xəbər verir ki, Bayraktaroğlu Türkiyənin müşahidə və zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) texnologiyalarının istifadəsi və idarə edilməsində bir nömrə olduğunu deyib.
“Biz müşahidə və zərbə tipli PUA texnologiyalarının istifadəsi və idarə edilməsində bir nömrəyik. Biz həm də radioelektron mübarizə (rem) sahəsində liderik”, - deyə o qeyd edib.
Türkiyənin yerli və milli müdafiə sənayesinə yatırdığı sərmayələr müasir döyüş sahəsində effektivliyini artırmağa davam edərkən, bu sahələrdə əldə edilən uğurlar beynəlxalq arenada da diqqəti cəlb edir.
Bayraktaroğlunun açıqlamaları Türkiyənin xüsusilə PUA-lar və REM texnologiyalarında qlobal gücə çevrildiyini ortaya qoyur.
Bu inkişaflar Türkiyə Silahlı Qüvvələrinin müasir döyüş anlayışlarına uyğunlaşması istiqamətində mühüm addım hesab edilir.
Sevinc Əliyeva
Ordu.az