Ordu.az xəbər verir ki, Türkiyənin aparıcı hərbi avtomobil istehsalçılarından biri olan BMC Müdafiə Sənayesi Komitəsinin (MSK) rəhbərliyi və koordinasiyası altında türkiyəli mühəndislər tərəfindən dizayn edilən ilk kütləvi istehsal yerli və milli mühərrikli taktiki təkərli zirehli vasitələrin Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsinə başlayıb.
Türkiyə MSK sədri Haluk Görgün və BMC İdarə Heyətinin sədri Fuat Tosyalının iştirakı ilə İzmir Pınarbaşıdakı obyektlərdə təşkil edilən mərasimdə BMC tərəfindən istehsal edilən 100 ədəd yerli mühərrikli taktiki təkərli zirehli vasitənin təhvil verilməsi həyata keçirilib.
“Ar-Ge” və texnologiyaya qoyduğu sərmayələrlə müdafiə sənayesində yerli və milli istehsalın qabaqcıllarından olan BMC başda Türkiyə Silahlı Qüvvələri olmaqla, dost və müttəfiq ölkələrin ehtiyaclarını qarşılamaq üçün işlərini davam etdirir.
Məhsul ailəsində əsas döyüş tankları, zirehli vasitələr, hərbi yük maşınları və logistika dəstək vasitələri kimi bir çox fərqli sinifdə hərbi quru platformalarına sahib olan BMC yerli və milli tam müstəqil müdafiə sənayesi hədəflərinə doğru iddialı addımlar atır.
Sevinc Əliyeva
Ordu.az