Ordu.az xəbər verir ki, müdafiə naziri Pal Conson mövcud təhlükəsizlik vəziyyətinə görə 1950-ci illərdən etibarən ən əhatəli modernləşdirmə aparıldığını bildirib.
Qeyd olunub ki, İsveç bu məqsədlə yeni istehsal olunmuş 44 ədəd “Leopard 2A8” tankının tədarükü üçün Fransa-Almaniya müdafiə şirkəti KNDS ilə müqavilə imzalayıb.
Modernləşdirməyə 22 milyard kron (təxminən 1,9 milyard avro) xərclənəcəyi və məqsədin müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirməklə yaradılan 4 briqadanın tamamlanmasına töhfə vermək olduğu vurğulanıb.
Yeni tankların 2028-2031-ci illər arasında təhvil verilməsi planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az