Ordu.az xəbər verir ki, Tramp bu vəziyyəti “oyun oynamaq, qarışdırmaq və dizaynı dəyişdirmək” kimi xarakterizə edib.
Tramp verdiyi bir müsahibədə 2020-ci ildə Pentaqon ilə İtaliyanın gəmi istehsalçısı “Fincantieri”nin ABŞ qolu arasında bağlanmış razılaşmaya toxunub.
“Onlar həqiqətən yaxşı bir iş görürdülər. Generallar, Baydenin admiralları, generalları və iştirak edən hər kəs dizaynla oynamağa və qarışdırmağa başladılar. Bu, xərc deməkdir. Bu, çox pul deməkdir”, - deyə o qeyd edib.
Tramp dizaynda edilən dəyişikliklərin gəminin performansına mənfi təsir etdiyini və xərcləri artırdığını bildirib.
Sevinc Əliyeva
Ordu.az