“KoçSavunma” dəniz döyüşü sahəsində qabaqcıl mina texnologiyaları istehsal edir - VİDEO

2025/01/1735975121.jpg
Oxunub: 604     15:37     17 Yanvar 2025    
2024-cü ildə dəniz döyüşü sahəsi üçün “KoçSavunma” tərəfindən inkişaf etdirmə mərhələləri tamamlanan MALAMAN Ağıllı Sualtı Minası bir çox ölkə tərəfindən yaxından izlənilir.

Ordu.az xəbər verir ki, dünyanın ən müasir dəniz minalarından biri olan MALAMAN düşmən elementlərini uzaq məsafədən aşkar edə və sonra təsnif edə bilir.

Ona yüklənən ilkin məlumatlarla yalnız hədəfə alınan düşmən elementləri üçün avtomatik olaraq partlama qərarını verir.

MALAMAN hava platformalarından, suüstü gəmilərdən və sualtı qayıqlardan atılmaqla, müdafiə və ya hücum məqsədli dəniz minalama əməliyyatı həyata keçirmək imkanı verir.

MALAMAN akustik siqnalları əks etdirməyən xüsusiyyətləri, aldadılmaya və çaşdırılmaya qarşı effektiv müdafiəsi, mina aşkarlama-darama sonarlarına qarşı məxfiliyi ilə seçilir.

Yüksək ixrac potensialına malik məhsul olan MALAMAN-ın 2025-ci ildə müxtəlif ölkələrin inventarına daxil olması gözlənilir.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KoçSavunma   MALAMAN  


Bizi "telegram"da izləyin