Ordu.az xəbər verir ki, 21 il əvvəl 3 gənc mühəndis tərəfindən qurulan “Anova Ar-Ge Teknolojileri” şirkəti müdafiə sənayesi layihələri üçün silah sistemləri, kondisioner sistemləri və yanacaq sistemləri hazırlayır.
“Anova Ar-Ge Teknolojileri”nin həmtəsisçisi və Baş direktoru Emre Öztürk bu günə qədər “Kaan”, “Gökbey”, “Atak-2” və bir çox müxtəlif platformalarda kondisioner və yanacaq sistemlərini bəzən alt sistem səviyyəsində, bəzən də komponent səviyyəsində inkişaf etdirdiklərini deyib.
“Hava platforması alt sistemləri ilə yanaşı, radar soyutma, POD soyutma, raketlər üçün yanacaq komponentləri, helikopter mühərriki komponentləri və silah sistemləri yerliləşdirdiyimiz məhsullar arasındadır”, - deyə o qeyd edib.
Əsasən müdafiə sənayesi üçün çalışdıqlarını deyən Öztürk bildirib:
“2003-cü ildə qurduğumuz şirkətimizin 20 illik yubileyini ötən il Cümhuriyyətin 100 illik yubileyində qeyd etdik. Bu günə olan məlumata görə, qrup şirkətlərindəki ümumi işçilərin sayı təxminən 450 nəfərdir və biz əsasən müdafiə sənayesində çalışırıq. Lokomotiv şirkətimiz olan “Anova Ar-Ge Teknolojileri”nin əsas missiyası artıq çatışmayan kritik alt sistemlərin və həmin alt sistemləri təşkil edən komponentlərin yerliləşdirilməsini təmin etməkdir”.
Sevinc Əliyeva
Ordu.az