Kazan hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

2024/12/1735364168.jpg
Oxunub: 463     10:06     31 Dekabr 2024    
Kazan hava limanında mülki təyyarələrin uçuşlarına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Ordu.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artyom Korenyako öz teleqram kanalında məlumat yayıb.

"Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün bu gün səhər Kazan hava limanının işinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Hava limanı müvəqqəti olaraq aviareysləri qəbul etmir və yola salmır", - məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kazan   Hava-limanı  


Bizi "telegram"da izləyin