NYT: Çinlə əlaqəli hakerlər ABŞ Maliyyə Nazirliyinin sistemlərinə hücum edib

2022/12/1670824078.jpg
Oxunub: 549     03:50     31 Dekabr 2024    
ABŞ Maliyyə Nazirliyi Çinlə əlaqəli hakerlərin nazirliyin elektron sistemlərinə kiberhücum etdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “The New York Times“ nazirliyin Konqresə göndərdiyi məktuba istinadən yazıb.

Məktubda bildirilir ki, Xəzinədarlıq Departamentinin proqram təminatı üzrə podratçılarından biri olan “BeyondTrust” departamentə məlumat verib ki, haker uzaqdan xəzinədarlığın müəyyən əməliyyat sistemlərinə və orada saxlanılan sənədlərə daxil olmağa imkan verən təhlükəsizlik açarı əldə edib.

Hadisədən sonra təsirə məruz qalan elektron sistem şəbəkədən ayrılıb. Nazirlik hadisənin araşdırılmasında FTB ilə əməkdaşlıq edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ  


Bizi "telegram"da izləyin