ABŞ dondurulmuş Rusiya aktivlərinin 15 milyardlıq gəlirini Ukraynaya verəcək

2024/12/66-1733376138.jpg
Oxunub: 602     21:31     30 Dekabr 2024    
ABŞ Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirlərin 15 milyard dollarını Ukraynaya verəcək.

Ordu.az-ın “RBC Ukraine” portalına istinadən məlumatına görə, bunu Ukraynanın baş naziri Denis Şmıqal deyib.

O əlavə edib ki, ölkəsinin Maliyyə Nazirliyi ilə Dünya Bankı arasında müvafiq razılaşma artıq imzalanıb.

Hökumət başçısının sözlərinə görə, maliyyələşmə “PEACE in Ukraine” proqramı əsasında icra olunacaq, vəsaitin özü isə sosial və humanitar layihələrin icrasına yönləndiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin