Sepah İranın cənub-şərqində əməliyyat keçirib, ölənlər var

2023/06/1686985006.jpg
Oxunub: 969     12:38     30 Dekabr 2024    
İranın cənub-şərqində, Sistan və Bəlucistan əyalətində İnqilab Keşikçiləri Qvardiyası (Sepah) ilə “Ceyş əl-Ədl” silahlıları arasında qarşıdurma olub.

Ordu.az “Mehr”ə istinadən xəbər verir ki, bunu 110-cu Salman Farsi Xüsusi Əməliyyat Briqadasının komandiri, ikinci briqada generalı Məhəmməd Hüseyni bildirib.

Onun sözlərinə görə, silahlı qarşıdurma nəticəsində "Ceyş əl-Ədl" qruplaşmasının xeyli silahlısı öldürülüb.

Məhəmməd Hüseyni vurğulayıb ki, Sepahın Quru Qoşunlarının “Komando” Bölməsi İranın müxtəlif bölgələrində “antiterror əməliyyat”ı keçirib.

O qeyd edib ki, “Sepahın təhlükəsizlik şəhidləri” əməliyyatı zamanı qvardiyanın quru qüvvələri qanunsuz silahlı qruplaşmanın bir neçə sığınacağını məhv edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sepah   İran  


Bizi "telegram"da izləyin