Latviya Ukraynaya təhvil vermək üçün min dron hazırlayıb

2024/10/1729343377.jpg
Oxunub: 552     10:02     30 Dekabr 2024    
Latviya Ukraynaya təhvil vermək üçün mindən çox dron hazırlayıb. Bunlar müxtəlif növ pilotsuz uçuş aparatı (PUA) olacaqlar.

Ordu.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Latviyanın müdafiə naziri Andris Spruds bildirib.

"Latviyalı PUA istehsalçıları ilə birlikdə Ukraynanı dəstəkləməyə davam edirik. Müxtəlif növ 1000-dən çox PUA-dan ibarət son partiya hazırlanıb", - o vurğulayıb.

Müdafiə naziri qeyd edib ki, dron koalisiyasına Latviya və Böyük Britaniya rəhbərlik edir. Onun sözlərinə görə, Latviya 2025-ci ildə koalisiya çərçivəsində PUA-ların alınması üçün əlavə 20 milyon avro ayıracaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Latviya   Ukrayna  


Bizi "telegram"da izləyin