ABŞ-nin 39-cu sabiq prezidenti vəfat edib

2024/12/1735533308.jpg
Oxunub: 589     01:16     30 Dekabr 2024    
ABŞ-nin sabiq prezidenti Cimmi Karter 100 yaşında vəfat edib.

Ordu.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti bildirib.

Məlumata görə, keçmiş dövlət başçısı dekabrın 29-da Corciya ştatının Pleyns şəhərində öz evində keçinib.

Qeyd edək ki, Karter ABŞ-nin 39-cu prezidenti olub və 1977-1981-ci illərdə bu vəzifədə çalışıb. O, insan hüquqlarının müdafiəsi sahəsindəki səyləri, İsrail və Misir arasında Kemp-Devid sazişlərinin imzalanmasında vasitəçiliyi və siyasətdən getdikdən sonra aktiv ictimai fəaliyyəti ilə tanınır ki, bunun üçün də 2002-ci ildə Nobel Sülh mükafatına layiq görülüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Karter  


Bizi "telegram"da izləyin