Lavrov: "İran və İsrail arasında qarşıdurma təhlükəli həddə çatıb"

2024/12/1733375239.jpg
Oxunub: 539     01:12     30 Dekabr 2024    
Yaxın Şərqdə “zorakılıq qövsü” genişlənib və İran-İsrail qarşıdurması təhlükəli həddə çatıb.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilin yekunlarına dair “TASS”a müsahibəsində deyib.

Onun sözlərinə görə, Yaxın Şərq ölkələrində xroniki gərginlik və münaqişələrin alovlanmasının təkrarlanması əsasən ABŞ-nin məsuliyyətsiz hərəkətlərinin nəticəsidir.

“Qeyd olunan amillərin birləşməsi ötən ilin oktyabrında Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin qeyri-sabitləşməsinə səbəb olub. O vaxtdan bəri Fələstin-İsrail münaqişəsi zonasından zorakılıq qövsü Livan və Qırmızı dənizə qədər uzanıb. İran-İsrail qarşıdurması təhlükəli həddə çatıb”, - nazir qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   İran   İsrail  


Bizi "telegram"da izləyin